TENDER

Gənclər və İdman Nazirliyi tender elan edir
29 İYUN
117

Gənclər və İdman Nazirliyi tender elan edir

2016-06-29 15:16:00
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi AÇIQ TENDER ELAN EDİR:

Tender 3 lot üzrə keçirilir:

Lot-1. “Azərbaycan doğma diyarımdır” adlı vətənpərvərlik yay istirahət düşərgələrinin təşkili məqsədilə işlərin yerinə yetirilməsi.

Lot-2. Gənclərin “Yaradıcılıq emalatxanası” düşərgəsinin təşkili  məqsədilə işlərin yerinə yetirilməsi.

Lot-3. Gənclərin arxeoloji düşərgəsinin təşkili məqsədilə işlərin yerinə yetirilməsi.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar  lot-1, lot-3 üçün 465 84-16 nömrəli və lot-2 üçün isə 465-84 -15 nömrəli  telefonlara müraciət edə bilərlər.

İddiaçılar hər lot üçün 100 (bir yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi, 4, II mərtəbə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektoru, yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektoru, tələbə və tələbə təşkilatları ilə iş sektoru) ala bilərlər.

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kod : 210005

M/h: AZ 41 NABZ 0136010000000000944

VÖEN: 1401555071

SWIFT: CTREAZ22

Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

H/h: AZ 50 CTRE 00000000000002147771

VÖEN: 1500171121

Büdcə səviyyəsinin kodu: 7

Təsnifat kodu: 142340

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış; 

- iddiaçının bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 20 iyul 2016-cı il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 27 iyul 2016-cı il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə  tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər qəbul olunmayacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 28 iyul 2016-cı il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272