TENDER

İTV tender elan edir
29 İYUN
61

İTV tender elan edir

2016-06-29 08:45:00
İctimai Televiziya və Radio Yayımları Şirkəti xüsusi təyinatlı nəqliyyat vasitələrinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 241 nömrəli  (əlaqələndirici şəxs: Hüseynzadə Zaur, telefon : 012 404 11 62)  ünvandan ala bilərlər.

İştirak haqqı: 100 manatdır.

Hesab: AZ 40 AZRE 000021477206AZN38050

VÖEN:2000435761

Bank: “Dəmirbank” ASC-nin  əməliyyat idarəsi filialı

Kod: 508308

VÖEN:900001471

M/H:AZ 85 NABZ 013501000000000011944

S.W.İ.F.T:AZER AZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 3 avqust 2016-cı il saat 17.00-a qədər təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi,  qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların  müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri möhürlənmiş ikiqat zərfdə 10 avqust 2016-cı il saat  11.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 241 nömrəli  ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 11 avqust  2016-cı il saat 11.00 -da  Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 241 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272