TENDER

"Azərişıq" tender elan edir
28 İYUN
112

"Azərişıq" tender elan edir

2016-06-28 13:30:00
“Azərişıq” ASC AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 4 lot üzrə keçirilir::

lot 1 - Tovuz rayonunda 35 kV-luq 1 dövrəli “Tovuzçay”hava xəttinin, Şəmkir rayonunda 1dövrəli 35 kV-luq “1-ci Şəmkir” hava xəttinin, Gədəbəy rayonunda 2 dövrəli 35 kV-luq“Gədəbəy-Saratovka”hava xəttinin yenidən qurulması işlərinin satın alınması
lot 2 - Lənkəran rayonunda 35 kV-luq 1dövrəli “Xanbulan” və 35 kV-luq 1 dövrəli “Hirkan” hava xətlərinin, Astara rayonunda 35 kV-luq 1 dövrəli “Lovayn” hava xəttinin, Lerik rayonunda 35 kV-luq “Hamarat” hava xəttinin yenidən qurulması işlərinin satın alınması
lot 3 - İsmayıllı rayonunda 35 kV-luq 1 dövrəli “Basqal” hava xəttinin, Zərdab rayonunda 35 kV-luq 1 dövrəli “Ucar-Seyidlər” hava xəttinin, Ağstafa rayonunda 35 kV-luq 1 dövrəli “Ağstafaçay” hava xəttinin, Şəki rayonunda 35 kV-luq 1 dövrəli “Taxılçılıq” hava xəttinin yenidən qurulması işlərinin satın alınması 
lot 4 - Qobustan rayonunda 35 kv-luq 1 dövrəli “Qobustan” hava xəttinin, Neftçala rayonunda 35 kV-luq 1 dövrəli “715 Xoşçobanlı” hava xəttinin yenidən qurulması işlərinin satın alınması  

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bакı şəhəri, Bakıxanov кüç.-13(Əlaqələndirici şəxs :Tender Komissiyası, telefon :(+994) 12 440 39 93) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 600 manat 
lot 2 - 600 manat 
lot 3 - 600 manat 
lot 4 - 600 manat 

Hesab: AZ83AIIB33020029441802068118
VÖEN 9900069391
Bank: Kapital Bank Rabitə filialı 
Kodu: 200189
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: АİİBАZ2Х

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - Son bir il ərzində tikinti-quraşdırma işləri üzrə minimal orta illik dövriyyəsinin həcmi 4 (dörd) milyon manatdan az olmamalıdır; -Son bir ildə müvəffəqiyyətlə və tam başa çatdırılmış, 35 kV-luq hava xətlərinin çəkilməsi və yenidən qurulması işləri üzrə ,ən azı 2 (iki) müqavilədə, ümumi dəyəri 2 (iki) milyon manatdan artıq olmaqla baş podratçı qismində iştirakı olmalıdır. 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-08-01 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-08-10 12:00qədər Bакı şəhəri, Bakıxanov кüç.-13 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-08-11 15:00 tarixində Ələsgər Qayıbov 8 (“AZƏRİŞIQ”ASC-nin inzibati binasında) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272