TENDER

Vergilər Nazirliyi tender elan edir
24 İYUN
111

Vergilər Nazirliyi tender elan edir

2016-06-24 14:34:00
Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 Saylı Ərazi Vergilər Departamenti özünün inzibati binasının dam örtüyünün təmirinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə, yazılı surətdə AZ 2000, Gəncə  şəhəri, Heydər Əliyev prospekti, 87 nömrəli ünvanda yerləşən 12 saylı Ərazi Vergilər Departamentinə  təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tender təklifi zərfləri 10 avqust 2016-cı il  saat 16.00- da  yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıda göstərilən sənədləri 2 avqust 2016-cı il saat 17.00-a qədər təqdim etməlidir:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

- tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən sənədin surəti;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin 3 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);

- iştirakçının Azərbaycan Respublikasında vergilərə, digər icbari ödənişlərə dair yerinə yetirilməmiş və vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iştirakçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iştirakçının ixtisas göstəricilərinə dair sənədlər;

- iştirakçının qeydiyyat sənədlərinin, hüquqi və faktiki fəaliyyət yerini müəyyən edən sənədlərin surəti;

- iştirakçının bank rekvizitləri barədə məlumat;

- iştirakçının rəhbərinin kimliyini və vəzifəyə təyin olunmasını təsdiq edən sənədlərin surəti;

- iştirakçının işin icrasına və ya qarşılıqlı öhdəlikləri yerinə yetirmədiyinə görə  hazırda məhkəmə araşdırmalarının aparılıb - aparılmaması barədə məlumat.

Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunmuş sənədlərə onların Azərbaycan dilində tərcümə edilmiş surətləri əlavə edilməlidir).

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 200 ( iki yüz ) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürərək ödəniş sənədinin surətini təqdim etməlidir:

12 saylı Ərazi Vergilər Departamenti

Hesab: AZ 78 CTRE 00000000000002110601

VÖEN: 2300263061

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005 

VÖEN: 1401555071

M/h: AZ41NBAZ01360100000000003944

S.W.İ.F.T.BİK: CTREAZ22

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tender təklifi və tender təklifinin təminatı 9 avqust  2016-cı il, saat 18.00-a qədər AZ 2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87 nömrəli ünvanda yerləşən 12 saylı Ərazi Vergilər Departamentinə təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

AZ 2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti 87, 12 saylı Ərazi Vergilər Departamenti (otaq 209) e-mail:

Tel:  (022) 266-44-29,  Faks:  (022) 266-43-61

Əlaqələndirici şəxs: Zərəngiz Əliyeva

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272