TENDER

Mingəçevir Mənzil Komunnal Təsərrüfatı İstehsalatı Birliyi tender elan edir
21 İYUN
63

Mingəçevir Mənzil Komunnal Təsərrüfatı İstehsalatı Birliyi tender elan edir

2016-06-21 08:52:00

Mingəçevir Mənzil Komunnal Təsərrüfatı İstehsalatı Birliyi tender elan edir:

Tender 2 lot üzrə keçirilir::

lot 1 - Mal-materialların satın alınması
lot 2 - Təmir işlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Mingəçevir şəhəri H.Əliyev pr. 28/12(Əlaqələndirici şəxs :Tellər Nağıyeva , telefon :(024) 274-67-53) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 30 manat 
lot 2 - 40 manat 

Hesab: AZ34AİİB33010019442900256129
VÖEN 2700153961
Bank: Kapital Bank-ın Mingəçevir filialı 
Kodu: 200297
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07.07.2016 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21.07.2016 11:00qədər Mingəçevir şəhəri H.Əliyev pr. 28/12 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 22.07.2016 14:00 tarixində Mingəçevir şəhəri H.Əliyev pr. 28/12 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270