TENDER

Nəsimi Mənzil-Kommunal Təsərrüfatı Birliyi tender elan edir
16 İYUN
67

Nəsimi Mənzil-Kommunal Təsərrüfatı Birliyi tender elan edir

2016-06-16 14:10:00
Nəsimi Rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyi Yaşayış binalarının əsaslı təmiri işlərinin, xüsusi geyimlərin, inventar və avadanlıqların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Lot - 1. Yaşayış binalarının əsaslı təmiri işlərinin, xüsusi geyimlərin, inventar və avadanlıqların satınalınmsaı.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, S.Vurğun küçəsi, 112 nömrəli ünvandan (əlaqələndirici şəxs: E.Cavadov, 050-378-51-51 ) ala bilərlər:

İştirak haqqı 100 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Nəsimi Rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyi

VÖEN: 1400332551

H/h: AZ 35 AIIB 33010019441100227111

Bank: “Kapital Bank”ın 1 saylı Nəsimi filialı

M/h: AZ 37 NABZ 01350100000000001944

VÖEN: 9900003611

S.W.İ.F.T. BİK: AİİBAZ 2 x

Kod: 200112

Büdcə səviyyəsinin kodu : fond 1

Büdcə təsnifatının kodu: 226200

İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

* tenderdə iştirak etmək üçün ərizə:

* tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

* tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

* tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

* Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

* iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;

* iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

* müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 25 iyul 2016-cı il saat 17.00-dək təqdim etməlidirlər.

Tender təklifi və bank zəmanəti 1 avqust 2016-cı il saat 17.00-dək təqdim olunmalıdır.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 2 avqust 2016-cı il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275