TENDER

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tender elan edir
14 İYUN
279

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tender elan edir

2016-06-14 16:22:00

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalatı Birliyi TELERADİO İB AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 4 lot üzrə keçirilir::

lot 1 - Bakı Teleqülləsində 48-ci TVK-da 2600 Vt-lıq (RMS) ehtiyat rəqəmli vericinin alınıb quraşdırılması
lot 2 - Fatmayı RTS-da 23 TVK-da 300 Vt-lıq (RMS) və Zığ qəsəbəsi Günəşli RTS-da 50 TVK-da 150 Vt-lıq (RMS) ehtiyat rəqəmli TV vericilərinin alınıb quraşdırılması
lot 3 - 20 kVt-lıq 4x3 konfiqurasiyalı UHF və 25 kVt-lıq 1x6 konfiqurasiyalı FM anten sistemlərinin alınıb quraşdırılması
lot 4 - 12 kVt-lıq (RMS) 22, 31, 37 və 48-ci DVB-T/T2 rəqəmli TV kanalları və 20 kVt-lıq (RMS) 90, 100, 103 və 105 MHs tezlikli FM kanalları üçün güc toplama qurğularının alınıb quraşdırılması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Baкı şəhəri, A.Abbaszadə кüçəsi, 2(Əlaqələndirici şəxs :Mikayıl Abbasov, telefon :+994 (12) 498 80 65) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 750 avro 
lot 2 - 200 avro 
lot 3 - 145 avro 
lot 4 - 300 avro 

Hesab: AZ21IBAZ40050019441510154201
VÖEN 9900037841
Bank: ABB-ın «Abşeron» filialı 
Kodu: 805539
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 3 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-07-25 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-08-02 17:00qədər Baкı şəhəri, A.Abbaszadə кüçəsi, 2 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-08-03 11:00 tarixində Teleradio İB-nin iclas zalında (ünvan: Azərbaycan Respublikası, Baкı şəhəri, A.Abbaszadə кüçəsi, 2) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271