TENDER

Mingəçevir Mərkəzi Xəstəxanası tender elan edir
14 İYUN
43

Mingəçevir Mərkəzi Xəstəxanası tender elan edir

2016-06-14 09:33:00

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tender elan edir:

Tender 6 lot üzrə keçirilir::

lot 1 - Əsaslı təmir işlərinin satın alınması
lot 2 - Bərk inventarların satın alınması
lot 3 - Tibbi avadanlıqların satın alınması
lot 4 - Digər maşın və avadanlıqların satın alınması
lot 5 - Dəftərxana ləvazimatlarının satın alınması
lot 6 - Yumşaq inventarların satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Mingəçevir şəhər , 20 Yanvar küç. 12(Əlaqələndirici şəxs :Tender komissiyasının sədri: Mayılov İlham Müzəffər oğlu, telefon :(024) 274-29-04) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 85 manat 
lot 2 - 170 manat 
lot 3 - 150 manat 
lot 4 - 100 manat 
lot 5 - 90 manat 
lot 6 - 120 manat 

Hesab: AZ 82 AİİB 32051019442900201129
VÖEN 2700140271
Bank: Kapital Bank-ın Mingəçevir filialı 
Kodu: 200297
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22/07/2016 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28/07/2016 17:00qədər Mingəçevir Şəhər 20 Yanvar küç. 12 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 29/07/2016 14:00 tarixində Mingəçevir Şəhər 20 Yanvar küç. 12 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275