TENDER

Botanika İnstitutu tender elan edir
10 İYUN
134

Botanika İnstitutu tender elan edir

2016-06-10 14:44:00
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu 2016-cı ildə malların (işlərin və xidmətlərin) satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir:

Lot-1. Digər maşın və avadanlıqların satınalınması.

Maraqlananlar 50 (əlli) manat məbləğində tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu

VÖEN: 1700432341

ABB Səbail filialı

Kod:805056

VÖEN: 9900001881

M/H:AZ 03 NABZ 01350100000000002944

SWİFT İBAZAZ2X

H/h:  AZ 50 CTRE 00000000000004138308

Ünvan:  AZ-1004, Bakı şəhəri, Badamdar şossesi, 40.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün tender komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 2 faizi həcmində təklifin bank zəmanəti (zərflər açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;

- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dən arayış;

- son bir ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

Malgöndərən (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 19 iyul 2016-cı il tarixə qədər tender komissiyasına təqdim etməlidirlər.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs Q.Rüstəmova (telefon 012-502-45-78) müraciət edə bilərlər.

İddiaçılar tender təklifini və təklifin bank zəmanətini imzalanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə 28  iyul 2016-cı il saat 17.00-dək Bakı şəhəri, Badamdar şossesi, 40 nömrəli ünvanda yerləşən AMEA-nın Botanika İnstitutunun  inzibati binasında  tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri  29 iyul 2016-cı il saat 10.00-da AMEA Botanika İnstitutunun iclas zalında açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272