TENDER

DİN tender elan edir
08 İYUN
73

DİN tender elan edir

2016-06-08 11:20:00
DİN-in Avtomobil Təsərrüfatı 2016-cı ildə polis orqanlarında xidmətdə olan avtomobillər üçün sürtkü materiallarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. 2016-cı ildə polis orqanlarında xidmətdə olan avtomobillər üçün sürtkü materiallarının satınalınması.

Tender  12 iyul 2016-cı il saat 16.00-da Avtomobil Təsərrüfatının inzibati binasında (Bakı, Sabunçu rayonu, Maştağa şosesi) keçiriləcəkdir.

 Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatına satınalınması nəzərdə tutulan sürtkü materiallarının  siyahı şərtlər toplusunda göstərilmişdir.

İddiaçılar tenderdə iştirak etmək üçün 756.62 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər.

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir/hesab: AZ 41 NABZ 01360100000000003944

SWİFT BİK CTREAZ22

DİN-in Avtomobil Təsərrüfatı

Hesab: AZ 68 CTRE 00000000000002077704

VÖEN: 1500281771

Fond:  3

İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

İştirak haqqı geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim edilməlidir:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (30 bank günü qüvvədədir);

- tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- vergi orqanlarından müvafiq arayış;

- malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- keyfiyyət sertifikatı.

Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2016-cı il iyulun 11-i saat 17.00-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış, 30 iyun  2016-cı il  saat 17.00-dək satınalana çatdırılmalıdır.

Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşakarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;

- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satınalınacaq əmlaklar oktyabr ayınadək  DİN-in Avtomobil Təsərrüfatına göndərilməlidir.

Tender proseduru  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Əlaqələndirici şəxslər - Sahib İskəndərov.

Telefon: 551-12-72

Faks: 565-25-44

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272