TENDER

İçərişəhərə kameralar quraşdırılacaq - TENDER ELANI
02 İYUN
153

İçərişəhərə kameralar quraşdırılacaq - TENDER ELANI

2016-06-02 12:52:00
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti İçərişəhər ərazisinin mühafizəsi üçün müşahidə kameralarının alınması və quraşdırılması işlərinin satınalınması məqsədilə açıq tender elan edir:

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.  Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Lot-1. İçərişəhər ərazisinin mühafizəsi üçün müşahidə kameralarının alınması və quraşdırılması işlərinin satınalınması.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti, Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli (əlaqələndirici şəxs: Mahir Əhmədov, telefon: (012) 492-24-27) ünvandan ala bilərlər.

Lot-1. 150 manat

VÖEN: 1700774621

Hesab: AZ 03 AİİB 33050019443600287106

Bank: “Kapital Bank”ASC-nin  2 saylı Səbail filialı

Kod: 200060

VÖEN (bank): 9900003611

M/h: AZ 37 NABZ 01350100000000001944

S.W.İ.F.T. AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun

olub-olmamasına dair arayış.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 iyun 2016-cı il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 iyul 2016-cı il saat 17.00-a qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 12 iyul 2016-cı il saat 11.00-da Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvanda açılacaqdır.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275