TENDER

Maliyyə Nazirliyi tender elan edir
02 İYUN
147

Maliyyə Nazirliyi tender elan edir

2016-06-02 12:01:00
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi Xəzinədarlığın İdarəedilməsinin İnformasiya sistemi üçün şəbəkə avadanlığı və şəbəkə nəzarəti proqram təminatının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Tender  keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi, 135.

1. Açıq tenderə razılaşdırılmış müddətdə aşağıdakı tələbləri ödəmək və CİP BAKI (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərtilə şəbəkə avadanlığı (şəbəkə kommutatorları, fayrvol və İPS modulları) və şəbəkə nəzarəti proqram təminatının satınalınması təklif olunur. 

2. Tender proseduru 2016-cı il iyun ayının 30-u saat 15.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin inzibati binasında (II mərtəbə otaq № 235) keçiriləcəkdir.

3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.1. Tenderdə iştirak etmək üçün ərizə;

3.2.  İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

4. Tender təklifləri 2016-cı il iyun ayının 29-u saat 15.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin inzibati binasında (Bakı şəhəri, S.Vurğun küçəsi, 135, otaq 344)  əlaqələndirici şəxsə təqdim edilməlidir.

5. İstehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən, şəbəkə avadanlığı və şəbəkə nəzarəti proqram təminatı sahəsində azı beş il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi-texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.

6. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını tender komissiyasına təqdim etməlidir.

7. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

8. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları əks etdirilməlidir:

8.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surəti), qeydiyyatdan keçdiyi ölkə;

8.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;

8.3. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;

8.4. İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən balans göstəricilərinə əsasən verilmiş arayış .

9. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.

10. Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi üçün şəbəkə avadanlığı və şəbəkə nəzarəti proqram təminatının satınalınması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə müraciətdən və tenderdə iştirak üçün 500 (beş yüz) manat ödədikdən sonra tenderin əsas şərtlər  toplusunu ala bilərlər.

11. Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

Alan: Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi

H/H: AZ06CTRE00000000000002108502

M/H: AZ41NABZ01360100000000003944

Kod: 210005

VÖEN: 1401555071

SWİFT: CTREAZ22

BSK:7

BTK: 142340

12. İştirak haqqı heç bir halda geri qaytarılmır.

13. Tender təklifinin qəbulu və əlavə məlumat üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadədir.

  Əlavə məlumat almaq üçün 17 may 2016-cı ildən 29 iyun 2016-cı il saat 10.00-dan 17.00-dək müraciət etmək olar (fasilə saat 13.00-dan 14.00-dək).

Ünvan: Bakı şəhəri, AZ 1022, S.Vurğun küçəsi, 135.

Telefon: (+99412) 404-47-26

E-mail: procurement@dxa.gov.az

14. Tenderin əsas şərtlər toplusu  Azərbaycan dilində tərtib olnumuşdur.

15. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275