TENDER

Meliorasiya və Su Təsərrüfatı ASC tender elan edir
27 MAY
98

Meliorasiya və Su Təsərrüfatı ASC tender elan edir

2016-05-27 14:41:00

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı  ASC AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - «Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması» (Sabirabad rayonu üzrə, I mərhələ)


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 69a(Əlaqələndirici şəxs :Rəfail Məmmədov, telefon :431 08 64) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 1500 manat 

Hesab: AZ10IBAZ3807 0019449716100216
VÖEN 1300300711
Bank: Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı 
Kodu: 805562
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: -anoloji işlərin tikintisində böyük təcrübəsi və bu sahə üzrə təcrübəli mütəxəssisləri -işləri yerinə yetirmək üçiin tələb olunan potensial imkanları və maşın-mexanizmləri -tenderdə iştirak etmək üçün sədrin birinci müavini, tender komissiyasının sədri cənab Məmməd Sadıq Quliyevin adına yazılı müraciət 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016/06/30 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016/07/11 12:00qədər Bakı şəhəri, Moskva prospekti 69a, ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016/07/12 15:00 tarixində Bakı şəhəri, Hökumət evi, V mərtəbədə, 514 nömrəli otaqda ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270