TENDER

Tovuz Mərkəzi Xəstəxanası tender elan edir
25 MAY
72

Tovuz Mərkəzi Xəstəxanası tender elan edir

2016-05-25 11:29:00
Tovuz Rayon Mərkəzi Xəstəxanası 2016-cı il üçün tələb olunan ərzaq məhsullarının və əsaslı təmir işlərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Tender 2 lot üzrə keçirilir.

Lot -1. Ərzaq məhsullarının satınalınması.

Lot -2. Əsaslı təmir işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Tovuz Rayon Mərkəzi Xəstəxanasından ala bilərlər. 

İştirak haqqı: hər bir lot üçün 50 manatdır. 

Təşkilat:  Tovuz Rayon YXO

Hesab: 32051019448200201182

VÖEN: 7300102661

BANK:  Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ 41 NABZ  01360100000000003944  

SWİFT CTRE AZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanlarından arayış;

- iddiaçıların son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində 2 nüsxədən ibarət tərtib olunmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 iyun  2016-cı il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 24 iyun 2016-cı il saat 17.00-a qədər Tovuz Rayon Mərkəzi Xəstəxanasına (ünvan: Tovuz şəhəri, Şəhriyar küçəsi, 38) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 28 iyun  2016-cı il saat 11.30-da qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Ədalət Mirzəliyev.

Telefon: 02231-5-31-42

Ünvan: Tovuz şəhəri, Şəhriyar küçəsi, 38.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275