TENDER

Təhsil Nazirliyi tender elan edir
25 MAY
96

Təhsil Nazirliyi tender elan edir

2016-05-25 11:18:00
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi AÇIQ TENDER ELAN EDİR:

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Gəncə Dövlət Universitetinin 1 nömrəli yataqxana binasının əsaslı təmiri işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların ixtisas göstəriciləri, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Tenderdə iştirak etmək istəyənlər 250 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi, 18 nömrəli   ünvandan (əlaqələndirici şəxs-Oqtay Əliyev tel: (+99412) 465 73 58, daxili 135) ala bilərlər:

Təşkilat: Təhsil NazirliyininTəsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

VÖEN: 1500016711

Hesab: AZ 81 MOSZ 40030944000388086001

QSC Bank Standard KB

Kod: 505237

VÖEN: 9900006801

Müxbir hesab:  AZ 66 NABZ 01350100000000003944

S.W.İ.F.T.  MOSZAZ22

İştirak  haqqı heç bir halda geri qaytarılmır.  İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflər açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifinin 1-ci əlavəsi kimi tender təklifi qiymətinin 1 %-i həcmində tender təklifinin təminatı-bank zəmanəti (zərflər açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- iddiaçılar haqqında tələb olunan sənədlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- sənədlər təqdim olunan vaxta DSMF-yə verilmiş hesabatın surəti və DSMF-nin arayışı;

- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat (geniş arayış);

- müəssisənin tikinti-quraşdırma işlərinə lisenziyası.

İddiaçılar  1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 14 iyun 2016-cı il  saat 17.00-a qədər,  tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 iyun 2016-cı il saat 17.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 29 iyun 2016-cı il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272