TENDER

Əmlak Komitəsi tender elan edir
25 MAY
228

Əmlak Komitəsi tender elan edir

2016-05-25 10:44:00
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi komitənin Y.Səfərov küçəsi, 50 nömrəli ünvanda yerləşən inzibati binasında soyutma gücü 534,5 x 2 = 1069 KWA olan çiller-soyutma sistemi avadanlığının satınalınması və quraşdırılması üçün AÇIQ TENDER ELAN EDİR:

Soyutma gücü 534,5 x 2 = 1069 KWA olan çiller-soyutma sistemləri üzrə ixtisaslaşmış və peşəkar mühəndis-texnik potensialına və adıçəkilən avadanlığın satışının təşkili sahəsində uğurlu təcrübəyə malik olan yerli və xarici hüquqi şəxslər tenderdə iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər 400 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 nömrəli (əlaqələndirici şəxs: Elnurə Mansurova  tel: (+99412) 490 24 08, əlavə 196) ünvandan ala bilərlər.

Emitent

Dövlət Xəzinədarlıq Agentliyi

Bank kodu:  210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T. BİK CTREAZ22

Alan

Əmlak Məsələləri Dövlət Komitəsi

VÖEN: 2000015631

H/h: AZ 84 CTRE 00000000000002647970

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- digər sənədlər: tenderin əsas şərtlər toplusunda göstərilən bütün  sənədlər;

- tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı.

Zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır.

 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən  1 (bir) ay müddətində  icra olunmalıdır

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 5 iyul 2016-cı il tarixə qədər (saat 17.30-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 18 iyul 2016-cı il tarixə qədər (saat 17.30-dək) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 nömrəli  (otaq  № 302) ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 19 iyul 2016-cı il tarixdə (saat 11.00-da) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 nömrəli (otaq 310)  ünvanda açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275