TENDER

Elmlər Akademiyası tender elan edir
24 MAY
101

Elmlər Akademiyası tender elan edir

2016-05-24 14:58:00

Milli Elmlər Akademiyası  İnformasiya Texnologiyaları  İnstitutu AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 4 lot üzrə keçirilir::

lot 1 - Dəftərxana və təsərrüfat mallarının alınması
lot 2 - Server, nəşriyyat və kompüter avadanlıqları üçün ehtiyat hissələrinin alınması
lot 3 - Proqram təminatlarının alınması
lot 4 - Nəşriyyat və təşkilati avadanlıqlar üçün məsrəf mallarının alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Əliyev Əkbər(Əlaqələndirici şəxs :(+99412 510-15-60 daxili 2-15, +994 055 373 01-49 , telefon :AZ1141, Bakı şəh., B.Vahabzadə küç., 9 A) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 100 manat 
lot 2 - 200 manat 
lot 3 - 200 manat 
lot 4 - 100 manat 

Hesab: AZ77CTRE00000000000004138404
VÖEN 1300308241
Bank: Dövlət Xəzinədarlıq Agentliyi  
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-06-16 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-06-23 17:00qədər AZ1141, Bakı şəh., B.Vahabzadə küç., 9 A ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-06-24 11:00 tarixində AZ1141, Bakı şəh., B.Vahabzadə küç., 9 A ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270