TENDER

Yazıçılar Birliyi tender elan edir
23 MAY
73

Yazıçılar Birliyi tender elan edir

2016-05-23 08:30:00
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ binanın təmiri ilə bağlı AÇIQ TENDER ELAN EDİR:
 Tender 1 lot üzrə keçirilir.

Tenderdə iştirak etmək üçün iddiaçılar lot üçün 150 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 53 nömrəli ünvandan ala bilərlər.

Əlaqələndirici şəxs: Əliyev Əlibala Rəhim oğlu.

Əlaqə telefonu: 493-83-46.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Büdcə təsnifatın kodu: 5148301

Səviyyə kodu: 1

VÖEN: 1700401281

Hesab nömrəsi:

AZ 43 CTRE 00000000000005148301

Dövlət Xəzinədarlıq Agentliyi

Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944

Kod: 210005

VÖEN: 1401555071

S.W.İ.F.T. CTRE AZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-yüksək keyfiyyət, aşağı qiymət, analoji işlərdə təcrübə, müqavilənin vaxtında icrası, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və  maliyyə imkanlarına malik olmalıdırlar. 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

-tender təklifinin təminatı (zərflərin açıldığı gündən 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 30 bank günü qüvvədə olmalıdır);   

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna omaqla) 28 iyun 2016-cı il saat 17.00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılar 2 nüsxədə (əsli və surəti ) tərtib olunmuş tender təklifi və bank zəmanətini 5 iyul 2016-cı il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə təqdim etməlidirlər. 

Tender zərfləri 6 iyul 2016 -cı il saat 14.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275