Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: - aşağı qiymət, yüksək keyfiyyət , müqavilənin vaxtında yerinə yetirilməsi , analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti .
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar tender komissiyasına müraciət edə bilərlər.
Ünvan: Göygöl şəhəri, S.Hacıyev küçəsi, 42.
Telefon: 022-205-23-69
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İştirak haqqı: 150 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat: Göygöl RİHB-in ŞİƏD üzrə Nümayəndəliyi
Hesab: AZ 30 AİİB 32051019448300201183
VÖEN :7600031051
Bank: “Kapital bank”ın Göygöl rayon filialı
Kod: 200833
M/ h :137010001944
SWİFT:BİK AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət ;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat ;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- vergilərə və diğər icbari ödənişlərə dair borcların olmaması barədə arayış;
- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60 bank günü qüvvədə olmalıdır).
İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 6 iyun 2016-cı il saat 17.00-dək Göygöl RİHB-in ŞİƏD üzrə Nümayəndəliyinə təqdim etməlidirlər.
Bu vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılır tender təklifi və bank zəmanətini 14 iyun 2016-cı il saat 17.00-dək təqdim etməlidirlər.
Tender zərfləri 16 iyun 2016-cı il saat 10.00-da Göygöl RİHB-in Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.