TENDER

Mərkəzi Bank kotirovka sorğusu elan edir
18 MAY
85

Mərkəzi Bank kotirovka sorğusu elan edir

2016-05-18 12:34:00
Azərbaycan Respublikasının Mərkəzi Bankı kotirovka sorğusu elan edir:

1. Mərkəzi Bankın inzibati binasında kovrolit örtüyün mexaniki üsulla sulu-kimyəvi təmizlənməsi.

2. Mərkəzi Bankın inzibati binasında istismar olunan OTİS markalı sərnişin lifti üçün OVF-20 yüksəktezlikli invertor blokunun satınalınması və quraşdırılması.

2-ci məsələ üzrə iştirak haqqı 20 manatdır. İştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944 

H/h:  AZ42NABZ01452700000000009944

Kod:  501004

SWİFT: BIK NABZAZ2C

Kotirovka sorğuları üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən əldə etmək olar (iştirak haqqının ödənilməsini təsdiq edən sənədlər təqdim edilməklə).

Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış  təklif zərfləri 31 may 2016-cı il saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 1 iyun  2016-cı il saat 10.00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün 493 89 23 (daxili 152) nömrəli telefonla əlaqə saxlamaq olar (əlaqələndirici  şəxs -Ramin İsgəndərov).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272