TENDER

Şəki İcra Hakimiyyəti tender elan edir
16 MAY
84

Şəki İcra Hakimiyyəti tender elan edir

2016-05-16 10:57:00
Şəki Şəhər İcra Hakimiyyəti “Şəki şəhəri Türk dünyasının mədəniyyət paytaxtı-2016" tədbirlərinin keçirilməsi üçün (“İpək yolu” VII Beynəlxalq musiqi festivalının, III Beynəlxalq şirniyyat festivalının, V Beynəlxalq Qafqaz Motofestivalının, II Şəki Beynəlxalq teatr festivalı və TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərləri şurasının 5-ci toplantısının, Türk xalqları tarixinin aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransın və sair)
AÇIQ  TENDER  ELAN  EDİR

2016-cı ildə Şəki şəhərində beynəlxalq tədbirlərin keçirilməsinə:

Lot - 1. Mehmanxana və restoran xidmətləri

Lot - 2. Səhnə tərtibatı və qurulması xidmətləri

Lot - 3. Digər xidmətlər (dəftərxana və nəqliyyat xərcləri, xatirə hədiyyələri, atəşfəşanlıq və sair) daxildir.

Tenderdə iştirak etmək üçün iddiaçılar lot - 1 üçün 50 manat, lot - 2 üçün  45 manat və lot - 3  üçün isə 40 manat məbləğlərində pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanır.

Təşkilat:  Şəki Y.X.O

Hesab: AZ 03 AIIB 32051019447000201170

VÖEN: 3000104011

VÖEN: 3000072051-İcra Hakimiyyəti

Bank: “Kapital Bank”ın Şəki filialı

Kod: 200703

VÖEN: 9900003611

Müxbir hesab: AZ 37 NABZ 01350100000000001944

S.W.İ.F.T.BİK-AIIBAZ2x

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəyə,  maliyyə və texniki imkanlara.

İddiaçılar tenderdə iştirak etmək üçün 21 iyun 2016-cı il saat 17.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;

- iddiaçıların tender təklifləri Azərbaycan  dilində tərtib olunmalıdır.

Tender təklifi 2 nüsxədə (əsli və surəti) tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı ilə birlikdə 29 iyun 2016-cı il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Şəki Şəhər İcra Hakimiyyətinə (2-ci mərtəbə, 3-cü otaq) təqdim edilməlidir.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır.

Tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.

İddiaçıların tender zərfləri 30 iyun 2016-cı il saat 11.00-da Şəki Şəhər İcra Hakimiyyətində (3-cü mərtəbə, 31-cı otaq) açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Bu barədə məlumat www.tender.gov.az ttr://www.tender.gov.az/ internet saytında yerləşdirilmişdir.

Tender haqqında məlumatları aşağıdakı ünvandan almaq olar:

Şəki Şəhər İcra Hakimiyyətinin tender komissiyası.

Əlaqələndirici şəxs: Abbasov Qalib Nizami oğlu

Telefon: 244-37-22

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274