TENDER

NK yanında Tərcümə Mərkəzi tender elan edir
11 MAY
101

NK yanında Tərcümə Mərkəzi tender elan edir

2016-05-11 14:21:00
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi müxtəlif dillərdən tərcümə edilmiş əsərlərin nəşrinin satınalınması məqsədilə açıq tender elan edir:

Tender 1 lot üzrə keçirilir:

Lot-1. Tərcümə edilmiş əsərlərin nəşrinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi üçün öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə aşagıda göstərilən ünvana təqdim etsinlər.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar lot üçün 100 manat məbləğində iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini tərcümə mərkəzinin mühasibatlığından  (Bakı, Ə.Topçubaşov küçəsi - 74, tel. 595-10-69 əlaqələndirici şəxs- Məmmədova Gülzar) ala bılərlər.

ARNK yanında Tərcümə Mərkəzi

VÖEN: 1701661661

DXA

Kod: 210005

H/h: AZ 04 CTRE 0000 0000 0000 0495 8301

M/h: AZ 41 NABZ 0136 0100 0000 0000 3944

SWİFT  BİK CTREAZ 22

VÖEN: 1401555071

Fond 1

Maddə  282100

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmalıdir.

İştirak haqqı heç bir halda geri qaytarılmir.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi(zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 20 faizi həcmində bank təminatı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi  ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti)tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender prosedura “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla)  16 iyun  2016-cı il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərflərdə 23 iyun 2016-cı il saat 18.00-a qədər ARNK yanında tərcümə mərkəzinə Bakı, Ə.Topçubaşov küçəsi, 74 nömrəli ünvana təqdim etməlidirlər.

İddiaçıların təklif zərfləri 24 iyun 2016-cı il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275