TENDER

"AzərİstilikTəhcizat" tender elan edir
11 MAY
72

"AzərİstilikTəhcizat" tender elan edir

2016-05-11 10:52:00

"AzərİstilikTəhcizat" tender elan edir

Tender 4 lot üzrə keçirilir::

lot 1 - Qazanxananın modernləşdirilməsi və istilik sistemlərinin bərpası
lot 2 - Qazanxananın qazlaşdırılması
lot 3 - Qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası
lot 4 - Nəzarət, ölçü cihazları, elektrik avadanlıqları, kimyəvi təmizləmə, qazanxana və istilik şəbəkələrinin istismarı və təmiri üçün zəruri olan ehtiyat hissə, material və avadanlıqların alınması 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3(Əlaqələndirici şəxs :Rafiq Əliyev, telefon :579 52 98) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 250 manat 
lot 2 - 250 manat 
lot 3 - 100 manat 
lot 4 - 250 manat 

Hesab: AZ62AİİB33010019442200226122
VÖEN 1700531291
Bank: Kapital Bank Qaradağ filialı 
Kodu: 200220
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: -Analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat -Dövlət Sosial Müdafiə Fonduna yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübəsinin, texniki imkanlarının və işçi qüvvəsinin olmasını tədiq edən hüquqi sənədlər 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-06-13 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-06-23 16:00qədər Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-06-24 16:00 tarixində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275