TENDER

“Sumqayıt Kimya Sənaye Parkı” kotirovka sorğusu elan edir
10 MAY
89

“Sumqayıt Kimya Sənaye Parkı” kotirovka sorğusu elan edir

2016-05-10 10:00:00
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin "Sumqayıt Kimya Sənaye Parkı" MMC 2015-ci il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) və digər zəruri sənədlər 12 may 2016-cı il saat 18.00-dək "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, "Demirchi Tower" ünvanda yerləşən ofisinə təqdim edilməlidir.

Əlaqələndirici şəxs: Abbas Mamedov (telefon: 488-80-65).

Təklif   zərfləri 13 may 2016-cı il saat 16.00-da  açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, "Demirçi Tower" ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə və ya www.scip.az  saytından əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272