TENDER

“Sumqayıt Kimya Sənaye Parkı” tender elan edir
03 MAY
99

“Sumqayıt Kimya Sənaye Parkı” tender elan edir

2016-05-03 11:52:00
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC Sumqayıt Kimya Sənaye Parkının 167.66 hektar ərazisində yanğın suyu, içməli su və texniki su üçün 3 ədəd anbarın və məişət tullantı suları üçün 1 ədəd nasosxananın tikintisinin satınalınması məqsədilə açıq tender elan edir:

Tender 1 lot üzrə keçirilir:

Lot-1."Sumqayıt Kimya Sənaye Parkı"nın 167.66 hektar ərazisində yanğın suyu, içməli su və texniki su üçün 3 ədəd anbarın və məişət tullantı suları üçün 1 ədəd nasosxananın tikintisinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanda yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər.

Əlaqələndirici şəxs - Abbas Mamedov (telefon: 012-488-80-65)

İştirak haqqı: 500 manat.

H/h: AZ 32 PAHA 00000000000010078051

VÖEN: 2902478331

Bank: “PAŞA Bank” ASC

Bankın VÖEN-i: 1700767721

Bankın kodu: 505141

SWİFT: PAHA AZ 22

M/h: AZ 82 NABZ 01350100000000071944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış; 

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tələb olunan digər zəruri sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla)  6  iyun 2016-cı il tarixə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16 iyun 2016-cı il, saat 18.00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanda yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 17 iyun 2016-cı il, saat 16.00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanda yerləşən ofisində, iclas zalında açılacaqdır.

Zərflərin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270