TENDER

Qaradağ Mənzil-Kommunal Təsərrüfatı Birliyi tender elan edir
28 APREL
115

Qaradağ Mənzil-Kommunal Təsərrüfatı Birliyi tender elan edir

2016-04-28 16:16:00

Qarada RAYON MəNZIL-KOMMUNAL TəSəRRüFATı BIRLIYI AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 4 lot üzrə keçirilir::

lot 1 - Yolların təmiri
lot 2 - Abadlıq işlərinin görülməsi
lot 3 - Mənzil fondunun əsaslı təmiri
lot 4 - Mal-materialın alınması 


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Qaradağ rayonu Lök-Batan qəsəbəsi, Musəvi küçəsi 10(Əlaqələndirici şəxs :Heydərov Maqsud Əmrah oğlu, telefon :012-445-28-89) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 200 manat 
lot 2 - 150 manat 
lot 3 - 180 manat 
lot 4 - 120 manat 

Hesab: AZ88AΙΙB33010019442200288122
VÖEN 1100082331
Bank: Kapital bank Qaradağ filialı 
Kodu: 200220
VÖEN: 9900003611
M/H: 0137010001944
S.W.İ.F.T: BİK Aİİ BAZ 2 X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Tələb olunmur 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-04-30 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-05-06 17:00qədər Bakı şəhəri Qaradağ rayonu Lök-Batan qəsəbəsi, Musəvi küçəsi 10 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-05-10 11:00 tarixində Bakı şəhəri Qaradağ rayonu Lök-Batan qəsəbəsi, Musəvi küçəsi 10 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272