TENDER

“Azərsu” tender elan edir
26 APREL
154

“Azərsu” tender elan edir

2016-04-26 13:15:00
“Azərsu” ASC açıq tender elan edir:

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Polietilen, polipropilen boruların və fitinqlərin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respubliksaının Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender içtirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 400 manat məbləğdə iştirak haqqını  göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Azərsu” ASC-dən Bakı şəhəri, Moskva  prospekti,  67  nömrəli ünvandan   (əlaqələndirici şəxs -Nurşən Alıyevdən , tel:  0124300132) ala bilərlər.

Təşkilat : “Azərsu” ASC

Bank : “Kapital Bank” ASC-nin

1 saylı Nəsimi filialı

Kod: 200112

VÖEN: 9900003611

Müxbir hesab: AZ 37 NABZ 013500000000001944

S.W. İ. F. T. BİK: AİİBAZ2X

Manat hesabı : AZ 65 AİİB 3307019441100216111

 İştirak haqqı heç bir halda geri  qaytarılmır.

 Tenderdə iddiaçı kimi iştirakçılar “Azərsu” ASC-yə  1 iyun 2016-cı il tarixdən gec olmamaq şərti ilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

· tenderdə iştirak haqqında müraciət;

· iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

· iddiaçı haqqında məlumat;

· iddiaçı haqqında məlumat aşağıdakıları nəzərdə tutur:

· iddiaçının tam adı, onun hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

· iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

· iddiaçının müqaviləni  yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.

 İddiaçı yazılı şəkildə imzalanmış və möhürlənmiş tender təklifini (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır) 8 iyun 2016-cı il  saat 18.00-dan gec olmamaq şərti ilə təqdim etməlidir. Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri baxılmadan geri qaytarılacaqdır.

 İddiaçı tender təklifi dəyərinin 2%-i həcmində bank təminatını (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır) (köçürmə və ya bank zəmanəti şəklində) təqdim etməlidir.

 Tender təklifləri  “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva  prospekti,  67  nömrəli ünvanda yerləşən binasında

9 iyun  2016-cı il saat 16.00- da açılacaqdır.

 İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275