TENDER

DİN tender elan edir
21 APREL
119

DİN tender elan edir

2016-04-21 11:50:00
Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi 2016-cı ildə polis orqanlarının şəxsi heyətini geyim əmlakları və yataq ləvazimatları ilə təmin etmək üçün açıq tender elan edir:

Tender 8 lot üzrə 10 iyun  2016-cı il saat 15.00-da Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161) keçiriləcəkdir.

1-ci lot - zabit, sıravi və kiçik rəis heyəti üçün gündəlik və səhra furajkaları,  gündəlik və səhra qış papaqları.

2-ci lot - böyük, orta, sıravi və kiçik rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması “Mont”, isti qış gödəkçəsi, gündəlik palto, plaş-palto, yay şalvarları, plaş-örtük, yay örtüyü, qış səhra gödəkçəsi, səhra kostyumu, parad forması üçün ağ köynək, uzunqol və qısaqol köynəklər.

3-cü lot - qalstuk, idman kostyumu, səhra maykası, mayka, tuman,  pambıq,  əlcək,  şərf, isti alt tuman - köynək, pulover və paqonlar.

4-cü lot -qış və səhra çəkmələri, uzunboğaz çəkmə, kişi və qadın üçün gündəlik ayaqqabılar.

5-ci lot - şalvar qayışı və xüsusi kəmərlər.

6-cı lot -  fərqlənmə nişanları.

7-ci lot - yataq ləvazimatları.

8-ci lot - ali rəis heyəti üçün geyim əmlakları.

İddiaçılar bütün lotlarda iştirak etmək üçün 20333,61 manat, 1-ci lot üçün 608,70 manat,  2-ci lot üçün 10297,30 manat,  3-cü lot üçün 2613,90 manat,  4-cü lot üçün 4716,52 manat, 5-ci lot üçün 569,60 manat,  6-cı lot üçün 1110,04 manat, 7-ci lot 321,59 manat, 8-ci lot üçün isə 95,96 manat  iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər.

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

 VÖEN: 1401555071

Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944

 SWİFT BİK CTREAZ22

 DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi

Hesab: AZ 14 CTRE 00000000000002077706

 VÖEN: 1500281641, təsnifat kodu 142319,  fond 3.

İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dililndə tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

İştirak haqqı geri qaytarılmır.

Maddi-Texniki Təminat Baş İdarəsinin  tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqını ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (30 bank günü qüvvədədir);

- tender teklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- vergi orqanlarından müvafiq arayış;

- malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- keyfiyyət sertifikatı;

Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb möhürlənərək ikiqat zərfə qoyulur və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2016-cı il iyunun 9-u saat 17.00-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış  2016-cı il iyunun 1-i saat 17.00-dək satınalana çatdırılmalıdır.

Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşakarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və  etibarlılığının olması;

- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satınalınacaq əmlaklar 1-ci lot üzrə 2016-cı il avqust, 3-cü,   6-cı və 7-ci lotlar üzrə sentyabr,  2-ci,  4-cü və 5-ci lotlar üzrə noyabr, 8 lot üzrə isə dekabr ayınadək  DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Bazasına göndərilməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun  keçiriləcəkdir.

Əlaqələndirici şəxslər - Əkbər Ələkbərli  və Məhərrəm İbrahimov.

Telefonlar:  590-20-55,  590-20-68

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272