TENDER

Səbail Mənzil – Kommunal Təsərrüfatı Birliyi tender elan edir
13 APREL
67

Səbail Mənzil – Kommunal Təsərrüfatı Birliyi tender elan edir

2016-04-13 08:47:00
Səbail Rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyi xüsusi geyim, inventar və avadanlıqların satınalınmsı məqsədilə AÇIQ TENDER ELAN EDİR

Lot - 1.  Xüsusi geyim, inventar və avadanlıqların satınalınmsaı.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, Xaqani küçəsi, 65 nömrəli ünvandan (əlaqələndirici şəxs: Z.Qasımov, 493-55-43, ) ala bilərlər:

İştirak haqqı 100 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Səbail Rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyi

VÖEN: 1700188251

H/h: AZ 65 AIIB33010019443500222105

Bank: “Kapital Bank”ın 1 saylı Səbail filialı

M/h: AZ 37 NABZ 01350100000000001944

VÖEN: 9900003611

S.W.İ.F.T. BİK:  AİİBAZ  2 x

Kod: 200059

Büdcə səviyyəsinin kodu: fond 1

Büdcə təsnifatının kodu: 226200

İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

* tenderdə iştirak etmək üçün ərizə:

* tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

* tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

* tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

* Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

* iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;

* iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

* müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır, (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 18 may 2016-cı il saat 17.00-dək təqdim etməlidirlər.

Tender təklifi və bank zəmanəti 2016-cı il mayın 25-dək təqdim olunmalıdır.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif  zərfləri 26 may  2016-cı il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272