TƏHSİL

Yalnız bu tələbələr universitetlərə qəbul imtahanlarında yenidən iştirak edə bilərlər –Şərtlər
09 OKTYABR
102

Yalnız bu tələbələr universitetlərə qəbul imtahanlarında yenidən iştirak edə bilərlər –Şərtlər

2019-10-09 12:11:00

Ali təhsil müəssisələrində təhsil alan tələbələr ali məktəblərə qəbul imtahanlarında iştirak edə bilməzlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumatda qeyd olunur ki, qəbul imtahanlarında universitetlərin son kursunda oxuyan tələbələr iştirak edə bilərlər. Digər tələbələrin bu imtahanlarda iştirak hüququ yoxdur.

Əgər sözügedən tələbə qəbul imtahanlarında iştirak etmək istəyirsə, universitetdən imtina etməli və adı "Tələbə-məzun" sistemindən xaric olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır