TƏHSİL

Təhsil Nazirliyi yeni kampaniyaya başladı
02 OKTYABR
162

Təhsil Nazirliyi yeni kampaniyaya başladı

2019-10-02 16:32:00

Təhsil Nazirliyi tərəfindən "Mən müəlliməm" sosial kampaniyasına başlanılır.

Nazirlikdən Fins.az-a bildirilib ki, kampaniya oktyabrın 7-dək davam edəcək.
Kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı,  #TəhsilNazirliyi və # MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidir.

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən #MənMüəlliməm kampaniyası müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır