TƏHSİL

Azərbaycanlı qadın Nigeriyada məktəb tikdirib
02 OKTYABR
135

Azərbaycanlı qadın Nigeriyada məktəb tikdirib

2019-10-02 16:15:00

Nigeriyada yaşayan həmyerlimiz Bilura Bayramova-Bernard sahibkarlıq fəaliyyətindən gələn gəliri hesabına Nigeriyada məktəb tikdirib.

Fins.az  xəbər verir ki, tikintisinə 2008-ci ildə start verilən Nigeriyanın Obite kəndində yerləşən Mainrad orta məktəbinin tikintisi başa çatıb. 

Billurə Bayramova bildirib ki, yaşadığımız ölkədən asılı olmayaraq təhsilə yardım hər zaman mütləqdir. “Təhsil həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir. Başqa sözlə, təhsil fərdlərə ötürdüyü əsaslı bilik və bacarıqlarla onların öz arzu və amallarını necə ifadə etməsini və həyata keçirməsini müəyyənləşdirir, həm də onları öz icmalarının həyatında fəal iştirak edən düşüncəli vətəndaş kimi yetişdirir. Ona görə də mən qərara gəldim ki, ölkəmin təbliği yaşadığımız ölkələrin təhsil ocaqlarından başlamalıdır. Bu yol ilə Afrikanın gənc nəslinin beynində, ruhunda Azərbaycan sözünü həkk edə bilərəm”.

Qeyd edək ki, Billurə Bayramova Azərbaycanın Dostları Təşkilatının prezidentidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır