TƏHSİL

Azərbaycandakı hazırlıq qruplarında ən çox bu ölkələrin vətəndaşları oxuyur – SİYAHI
02 OKTYABR
93

Azərbaycandakı hazırlıq qruplarında ən çox bu ölkələrin vətəndaşları oxuyur – SİYAHI

2019-10-02 15:51:00

Ötən tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin hazırlıq şöbələrində təhsil alan xarici vətəndaşlarının ümumi sayı 600 olub.

Fins.az xəbər verir ki, 2018-2019-cu tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin hazırlıq şöbələrində təhsil alanlar daha çox Türkiyə vətəndaşlarıdır. Təhsil alanların 448-i oğlan,152-i isə qız olub. Hazırlıq şöbələrində təhsil alanların 21-i MDB ölkələrin vətəndaşlarıdır.

Ölkələrin adı və hazırlıq şöbələrində  təhsil alan tələbələrin sayı: 

 MDB ölkələrindən-21                  

 Qazaxıstandan-5  

Rusiyadan-9    

Türkmənistandan-4       

Ukraynadan-3        

Digər ölkələrdən-579  

Çaddan-1

Çin Xalq Respublikasından-1   

Gürcüstandan-1     

Əfqanıstandan-7 

Hindistandan-14   

Qanadan-3

İndoneziyadan-1

İordaniyadan-5   

İraqdan-19     

İrandan-98    

İsveçdən-2

Keniyadan-1     

Koreya Respublikasından-6

Şri-Lankadan-13

Misirdən-6        

Monqolustandan-2

Nepaldan-7

Nigeriyadan-21           

Pakistandan-54    

Suriyadan-9       

Sudandan-8

Türkiyədən-285     

Liviyadan-5

Banqladeşdən-10.               

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır