TƏHSİL

Azərbaycanda tələbələrin sayı 21 faiz artıb – NAZİR
02 OKTYABR
86

Azərbaycanda tələbələrin sayı 21 faiz artıb – NAZİR

2019-10-02 12:48:00

Ötən tədris ili ərzində Azərbaycanda ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 66 faiz artırılıb.

Fins.az-ın  məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib.

C.Bayarmov bildirib ki, son beş il ərzində Azərbaycanda ali təhsil sistemində təhsil alan tələbələrin sayında 21 faiz artım olub: “Biz ümumilikdə kəmiyyət göstəriciləri barədə danışarkən təbii ki, keyfiyyət göstəricilərini də hər zaman diqqət mərkəzində saxlayırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır