TƏHSİL

Tədris ilinin ilk səyyar qəbulu keçiriləcək
30 SENTYABR
85

Tədris ilinin ilk səyyar qəbulu keçiriləcək

2019-09-30 12:32:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yeni tədris ilindən başlayaraq paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbuluna start verir.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

İlk səyyar qəbul oktyabrın 4-də Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək. Bakıdakı 168 nömrəli tam orta məktəbdə (Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 38) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə keçiriləcək səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər öyrəniləcək, problemli məsələlər araşdırılaraq həll ediləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır