TƏHSİL

Koreyada 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub
24 SENTYABR
268

Koreyada 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub

2019-09-24 12:29:00

Koreya Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, bakalavriat səviyyəsi üzrə elan olunan təqaüd proqramına 18 oktyabr 2019-cu il tarixinədək müraciət edilə bilər.

Proqramda iştirak etmək istəyənlər sənədlərini qeyd edilən tarixədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır