TƏHSİL

Ötən il cəmi bu qədər paytaxt məktəblisi attestat ala bilməyib –Müsbətə addımlayan rəqəmlər
20 SENTYABR
124

Ötən il cəmi bu qədər paytaxt məktəblisi attestat ala bilməyib –Müsbətə addımlayan rəqəmlər

2019-09-20 15:59:00

2018-ci ildə Bakıda yerləşən ümumtəhsil müəssisələrini 19.722 şagird bitirib. Onların 19.439 nəfəri buraxılış imtahanında iştirak edib və 16.002 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Fins.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında nəşr olunub.

Şəhər məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 19.42, riyaziyyat fənnindən 19.14, xarici dil (kimya) fənnindən 18.09, hər üç fənn üzrə birlikdə 56.66-ya bərabər olub.

Ümumilikdə, 19.533 nəfər attestat alıb. Attestat alanların 84.08%-i (16423 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 53.74%-i (10497 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır