TƏHSİL

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb
12 SENTYABR
66

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb

2019-09-12 09:22:00

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçiblər. 

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və onlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır