TƏHSİL

Buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
09 SENTYABR
87

Buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI

2019-09-09 16:47:00

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.

DİM-dən Fins.az-a verilən məlumata görə, 9-cu sinif buraxılış imtahanının II mərhələsi, həmçinin Azərbaycan dili imtahanı (Azərbaycan dilindən fərqli bölmə üzrə təhsilalanlar üçün) verən şagirdlər nəticələri ilə aşağıdakı linklərdə tanış ola bilərlər:

9-cu sinif buraxılış imtahanının II mərhələsinin nəticələri;

“Azərbaycan dili” fənni üzrə imtahanın nəticələri.

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Xatırladaq ki, dünən keçirilən 9-cu sinif buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri də yaxın 3 gün ərzində elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır