TƏHSİL

Məktəb ləvazimatları yarmarkasında vəziyyət – QİYMƏT CƏDVƏLİ
09 SENTYABR
113

Məktəb ləvazimatları yarmarkasında vəziyyət – QİYMƏT CƏDVƏLİ

2019-09-09 16:42:00
Bakıda bir neçə metro stansiyasının çıxışında məktəb ləvazimatlarının satış yarmarkası fəaliyyətə başlayıb.
Fins.az BAKU.WS-ə istinadən xəbər verir ki, yarmarkada qurulan çadırlarda çantadan tutmuş, su qabına qədər hər şeyi almaq mümkündür.
Eyni ləvazimatları paytaxtın müxtəlif mağaza və supermarketlərindən də əldə etmək mükündür. Bəs, hansı yerdən ləvazimatların alınması vətəndaşlara daha ucuz başa gələ bilər?
Bunu aydınlaşdırmaq üçün həm mağaza, həm də “Gənclik” metro stansiyasının qarşısındakı məktəb ləvazimatlarının satıldığı yarmarkada olduq. Müşahidələrimiz zamanı müəyyən etdik ki, məktəbli ləvazimatlarının qiyməti yarmarkada daha ucuzdur. Alınan ləvazimatın keyfiyyətindən asılı olaraq qiymətlər dəyişir. Yarmarkalara üz tutan vətəndaşlar da qiymətlərdən razılıqlarını bildirdilər.

Qeyd edək ki, supermarketlərin məktəbli ləvazimatlarının satıldığı bölmələrində də çeşidlər artırılıb. Oradakı qiymətlərlə yarmarkadakı qiymətlər arasında fərq nisbətən azdır. Qiymətlər arasında fərqi ortaya qoymaq üçün aşağıdakı cədvəli təqdim edirik.

Adi mağazalarda

Məktəbli yarmarkasında

Məhsulun adı

Qiyməti

(AZN)

Məhsulun adı

Qiyməti

(AZN)

Dəftər (100 vərəqli)

0.70 - 1.07

Dəftər (100 vərəqli)

0.60 - 0.80

Dəftər (60 v)

0.50

Dəftər (60 v)

0.40 - 0.60

Dəftər (48 v)

0.50

Dəftər (48 v)

0.60

Dəftər (24 v)

0.30

Dəftər (24 v)

0.30

Dəftər (12 v)

0.25

Dəftər (12 v)

0.15

Qələm

0.10 - 1.40

Qələm

0.10 - 1

Sadə karandaş

0.08 - 0.30

Sadə karandaş

0.30 - 0.50

Karandaş yonan

0.85

Karandaş yonan

0.50 - 1.50

Xətkeş

0.40 - 1.40

Xətkeş

0.50 - 2

Pozan

0.85

Pozan

0.40 - 1

Flamaster

1 - 5

Flamaster

1.50 - 3

Çanta

7 - 45

Çanta

5-35

Su qabları

2 - 2.50

Su qabları

4-12

Sulu boya

1.50 - 3

Sulu boya

2.50 - 5


Xatırladaq ki, yarmarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib. Yarmarka çadırları Bakı metropoliteninin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır