TƏHSİL

Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərsliklər göndərib - FOTO
05 SENTYABR
121

Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərsliklər göndərib - FOTO

2019-09-05 16:47:00

baycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə 2019-2020-ci tədris ili üçün dərslik və metodik vasitələr göndərib.

Fins.az Report-a istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi dərs vəsaitlərini bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verib.

Vəsaitlərə 1-11 ci siniflər üçün ümumilikdə 20 622 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodiki vəsaitlər daxildir.

Dərs vəsaitlərinin yeni tədris ilinin başlanmasına qədər Azərbaycandilli məktəblərə çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, ötənilki tədris ilində Azərbaycandan Gürcüstana 24 127 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır