TƏHSİL

Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi başlayıb
02 SENTYABR
69

Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi başlayıb

2019-09-02 12:52:00

Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilir.

Təhsil Nazirliyindən Fins.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə təşkil edilib.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır