TƏHSİL

Ali məktəblərin boş qalan yerlərinə qeydiyyat bu gün başa çatır
02 SENTYABR
82

Ali məktəblərin boş qalan yerlərinə qeydiyyat bu gün başa çatır

2019-09-02 11:11:00

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Fins.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər 2 sentyabr saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır