TƏHSİL

Kolleclərə qəbul olmaq istəyən 2500-dən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib
16 AVQUST
94

Kolleclərə qəbul olmaq istəyən 2500-dən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

2019-08-16 10:03:00

Tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Fins.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 16:45-dək kolleclərə qəbul olmaq üçün 2534 (Azərbaycan bölməsi – 2433, rus bölməsi – 101) abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci nömrəsində dərc edilib.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır