TƏHSİL

Ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır
06 AVQUST
120

Ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

2019-08-06 10:37:00

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Fins.az-a  bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər. Bəzi abituriyentlər isə ixtisas seçimi edib ərizələrini yadda saxlasalar da, onu təsdiq etməyiblər. Elektron ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Abituriyentlər (həmçinin subbakalavrlar) qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır