TƏHSİL

Dövlət Agentliyi: Peşə təhsili təsnifatı yenilənəcək
02 AVQUST
110

Dövlət Agentliyi: Peşə təhsili təsnifatı yenilənəcək

2019-08-02 11:25:00

"Azərbaycanda peşə təhsili təsnifatının yenilənməsi üçün işlər aparılacaq".

Fins.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili deyib.

O bildirib ki, bu gün peşə təhsili təsnifatına daxil olan ixtisasların çoxu mövcud əmək bazarının tələbatına uyğun deyil: "Hər il təsnifata yeni ixtisaslar daxil olur. Amma yenə də təsnifatın yenilənməsinə ehtiyac duyulur. Bu qısa müddətli iş deyil. Bu istiqamətdə işlər aparılacaq".

Direktor müavini əlavə edib ki, ötən tədris ilində 168 ixtisas üzrə kadr hazırlığına başlanılıb: "Halbuki bu rəqəm ilk ildə 176 olub". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır