TƏHSİL

Ali məktəblərə imtahansız qəbul olunan abituriyentlərin sayı açıqlanıb – SİYAHI
02 AVQUST
169

Ali məktəblərə imtahansız qəbul olunan abituriyentlərin sayı açıqlanıb – SİYAHI

2019-08-02 10:00:00

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olunan abituriyentlər haqqında statistikalar açıqlanıb. 

Dövlət İmtahan Mərkəzindən Fins.az-a verilən məlumata görə, 2019/2020-ci tədris ilində 3 nəfər incəsənət sahəsi üzrə, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan "Internatıonal Baccalaureate" təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub. 

Müsabiqədənkənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaqlar. Digər müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışında təqdim olunan dövlət sifarişli yerlərdən müvafiq ixtisaslar üzrə 99 yer artıq tutulub.

Həmin abituriyentlər aşağıdakı ixtisaslara qəbul olunublar: 

Abituriyent sayı İxtisasın kodu, DS Ali təhsil müəssisəsinin adı İxtisasın adı
1 111528 Bakı Dövlət Universiteti Coğrafiya müəllimliyi
1 112135 Bakı Dövlət Universiteti Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
4 112151 Bakı Dövlət Universiteti Tarix müəllimliyi
1 112484 Bakı Dövlət Universiteti Politologiya
1 112735 Bakı Dövlət Universiteti Kimya müəllimliyi
2 112873 Bakı Dövlət Universiteti Biologiya (tədris ingilis dilində)
1 114582 ADNSU Kompüter mühəhdisliyi (tədris ingilis dilində)
1 122422 Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya müəllimliyi
1 122569 Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və coğrafiya müəllimliyi (Şəki filialı)
1 126238 Azərbaycan Dillər Universiteti Regionşünaslıq (Norveç üzrə)
1 128141 Bakı Mühəndislik Universiteti Elektroenergetika mühəndisliyi
1 128174 Bakı Mühəndislik Universiteti Elektrik mühəndisliyi
4 129113 Dövlət İdarəçilik Akademiyası Kompüter elmləri
1 132134 Bakı Musiqi Akademiyası İnstrumental ifaçılıq
1 136558 Bakı Xoreoqrafiya Akademiyası Xoreoqrafiya sənəti (baletmeyster)
1 136599 Bakı Xoreoqrafiya Akademiyası Xoreoqrafiya sənəti (baletmeyster)
3 141158 Bakı Ali Neft Məktəbi Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində)
2 141174 Bakı Ali Neft Məktəbi Kimya mühəndisliyi (tədris ingilis dilində)
3 137132 ADBTİA Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq
12 137149 ADBTİA Bədən tərbiyəsi və idman
37 137157 ADBTİA Məşqçi (idman növü üzrə)
16 137165 ADBTİA Məşqçi (idman növü üzrə)
1 142754 Naxçıvan Dövlət Universiteti Bədən tərbiyəsi və idman
1 145613 Gəncə Dövlət Universiteti Bədən tərbiyəsi və idman
1 145621 Gəncə Dövlət Universiteti Bədən tərbiyəsi və idman

1 nəfər "Internatıonal Baccalaureate" təhsil proqramı məzunu isə ADA Universiteti "Beynəlxalq münasibətlər" ixtisasına (təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir) qəbul olunub.

5 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən, 12 nəfər "Kompüter elmləri", 5 nəfər "Kompüter mühəndisliyi", 3 nəfər "İnformasiya texnologiyaları", 22 nəfər "İqtisadiyyat", 21 nəfər "Beynəlxalq münasibətlər", 36 nəfər "Biznesin idarəolunması", 5 nəfər isə "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə ADA Universitetinə qəbul olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır