TƏHSİL

Abituriyentlər şikayət etdi, DİM qiymətləri dəyişdi
26 İYUL
217

Abituriyentlər şikayət etdi, DİM qiymətləri dəyişdi

2019-07-26 15:50:00

Ali təhsil müəssisələrinə 7 iyul 2019-cu ildə keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 323 abituriyent (bütün imtahan verənlərin 1,15%-i) 1100-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib.
Fin.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılıb, apelyasiyanın nəticəsi bildirilib və müraciətləri ilə bağlı müvafiq izahat verilib).

Apelyasiyaya müraciət edənlərdən 79 abituriyentin (bütün imtahan verənlərin 0,28%-i) cəmi 83 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Məlumat üçün bildirək ki, II və III qruplar üzrə qəbul imtahanlarında 28 000-dən çox abituriyent iştirak edib və bu abituriyentlərin ümumilikdə 252 000-dən çox tapşırıq üzrə yazı işi yoxlanılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır