TƏHSİL

Müəllim olmaq istəyən 33 namizədin imtahan nəticəsi ləğv edilib
25 İYUL
196

Müəllim olmaq istəyən 33 namizədin imtahan nəticəsi ləğv edilib

2019-07-25 12:43:00

Bu il müəllimlərin işə qəbulu imtahanlarında 33 namizədin imtahan nəticəsi ləğv edilib.

Fins.az REport-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə imtahanların yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, onların imtahan nəticəsinin ləğvinə səbəb imtahan qaydalarını pozmasıdır.

Nazirlik rəsmisi əlavə edib ki, ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmə, yanındakı namizəd ilə danışmadır: "Eyni zamanda başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub. Bütün sadalanan hallara yol verdiyinə görə 33 nəfərin imtahan nəticəsi ləğv edilib".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır