TƏHSİL

Bu il ötənilki keçid balları dərc olunmayacaq – SƏBƏB
16 İYUL
528

Bu il ötənilki keçid balları dərc olunmayacaq – SƏBƏB

2019-07-16 18:32:00

Abituriyentlər ixtisas seçimi edərkən diqqətli olmalı, ötən illərdə formalaşmış keçid ballarına istinad etməməlidirlər.

Fins.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumatda qeyd olunur ki, hər il “Abituriyent” jurnalının xüsusi buraxılışında kolleclərin ixtisasları üzrə formalaşmış keçid balları dərc edilib.

Lakin bu il qəbul imtahanı qaydaları və qiymətləndirmə şkalası (300 bal) əvvəlki illərdən fərqli olduğu üçün ayrıca keçid balları jurnalının dərc olunması nəzərdə tutulmur. Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, ötən illərdə formalaşmış keçid ballarına istinad etməməlidirlər.

Abituriyentlərin bilikləri bu il 300 ballıq şkala ilə qiymətləndirilir. Hər hansı bir ixtisas üzrə ötənilki keçid balı bu il ixtisas seçimi zamanı istiqamət götürməkdə oriyentir rolunu oynamır və abituriyentər bunu nəzərə almalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır